BMT TŞ ABŞ və Britaniyanın Yəmənə endirdiyi zərbələrlə bağlı iclas keçirəcək
BMT Təhlükəsizlik Şurası (TŞ) yanvarın 12-də Yaxın Şərq məsələlərinə dair – Qəzza zolağındakı vəziyyət, habelə ABŞ və Böyük Britaniyanın Yəmənə zərbələri – iki iclas keçirəcək.
“Report” xəbər verir ki, bu barədə Rusiyanın BMT yanında daimi nümayəndəliyi teleqramda bildirib.
İlk iclas “Yaxın Şərqdəki vəziyyət, o cümlədən Fələstin məsələsi” mövzusunda keçiriləcək və orada fələstinlilərin Qəzza zolağında məcburi köçkünlük təhlükəsinin müzakirə ediləcəyi gözlənilir. Görüşün yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 00:00) başlaması planlaşdırılır.
Bunun ardınca “ABŞ və Böyük Britaniyanın Yəmənə zərbələri ilə bağlı Rusiyanın təşəbbüsü ilə çağırılan açıq brifinq” keçiriləcək. Tədbirdə BMT-nin Baş katibi Antoniu Quterreşin çıxış edəcəyi gözlənilir.