Misirin baş naziri fələstinli qaçqınları qəbul etməkdən imtina etdiyini təsdiqləyib
- 1-11-2023, 14:24
- Dünya
Misirin baş naziri Mustafa Madbuli Sinayda Əl-Ariş şəhərində çıxış edərək ölkəsinin İsrailin təzyiqlərinə boyun əyməyəcəyini və Qəzza zolağından olan fələstinli qaçqınları qəbul etməyəcəyini təsdiqləyib.
“Prezident Əbdülfəttah əs-Sisinin dediyi kimi, Misir nəyinsə onun öhdəsinə qoyulmasına və ya regional problemlərin bizim hesabımıza həllinə icazə verməyəcək”, - deyə Madbuli qeyd edib.
O, həmçinin bildirib ki, Qahirə yaxın illərdə Sinay yarımadasının inkişafı və yenidən qurulması planlarını genişləndirməyi planlaşdırır, layihəyə milyardlarla Misir funtu yatırır ki, heç kəs Misirin Sinayı tərk edəcəyini düşünməsin.
Mənbə: EFE