ABŞ-da İsrailə yardım üçün qanun layihəsi təqdim edilə bilər
- 8-10-2023, 09:41
- Dünya
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin İsrailə əlavə yardımın ayrılması ilə bağlı qanun layihəsi təqdim etmək, o cümlədən bu ölkədə yeni Amerika səfirinin təsdiqini istəmək niyyətindədir.
“Report” xəbər verir ki, qanunvericinin müvafiq bəyanatı komitənin saytında dərc edilib.
Onun sözlərinə görə, ABŞ administrasiyası və Konqresi yaxın günlərdə və ya həftələrdə yəhudi dövlətinə əlavə yardım təklif etməlidir:
“Mən ilk fürsətdə İsrailin özünü müdafiə etməsi üçün lazım olan hər şeyi təmin etməyə yönəlmiş qanun layihəsini təqdim etmək niyyətindəyəm. Bu tədbir, xüsusən də yəhudi dövlətində “Dəmir günbəz” raketdən müdafiə sistemi üçün raketlərin artırılmasını təmin edəcək.
Mən həmçinin üçün İsrailin müdafiəsi üçün əlavə maliyyənin nəzərdən keçirilməsinə çağırıram. Nəhayət, mən ABŞ-İsrail münasibətlərinə sadiqliyimizi gücləndirmək üçün bir qətnamə təqdim etməyi planlaşdırıram.
İndi İsrailin Senat tərəfindən təsdiqlənmiş səfirinin olması həmişəkindən daha vacibdir. Buna görə də ümid edirəm ki, həmkarlarım ABŞ-ın keçmiş maliyyə naziri Ceykob Lyunun Amerikanın İsraildəki yeni səfiri kimi tez bir zamanda təsdiq edilməsində mənə qoşulacaqlar”.