azadses.az » Dünya » Ermənibaz, uşaqbaz, şantajbaz Adam Şiff - erməni himayədarının əsl üzü

Ermənibaz, uşaqbaz, şantajbaz Adam Şiff - erməni himayədarının əsl üzü

Kaliforniyanı Konqresdə təmsil edən Adan Şiff ABŞ-də erməni maraqlarının ən qızğın lobbiçilərindən biri, Azərbaycanın barışmaz tənqidçisi, Azərbaycan və Türkiyə əleyhinə hər cür dinləmələrin təşkilatçısıdır. Demokratlar Partiyasının nümayəndəsi, erməni xidmətçisi Şifin həyatı qaranlıq məqamlar və qalmaqallarla zəngindir.

Adam Bennett Şiff - 1960-cı il 22 iyunda Massaçusets ştatının Freyminqem şəhərində anadan olub. ABŞ Nümayəndələr Palatasının Kaliforniya seçki dairəsindən üzvüdür. 2019-cu ildən Nümayəndələr Palatasında Kəşfiyyat Komitəsinin sədridir. Ermənipərəst mövqeyi ilə xüsusilə seçilir. Qondarma erməni soyqırımı, Qarabağ və Osmanlı imperiyası ilə bağlı müntəzəm bəyanatlar verərək əsl Azərbaycan və Türkiyə düşməni olduğunu gizlətmir. Son günlər isə ermənilərin Laçın sərhəd-keçid məntəqəsi ilə bağlı qopardığı yalançı vay-şüvənə qoşulan siyasətçilərin öndə gedənlərindən sayılır. Müntəzəm olaraq erməni diasporu tərəfindən “yemlənən” Adam yəqin ağalarından daha çox pay qoparmağa çalışır.

2021-ci ildə ABŞ senatorunun utancverici hobbisi ilə bağlı qalmaqal üzə çıxdı. Sosial şəbəkələrdə və internetdə yayılan fotolar amerikalı siyasətçinin çirkin və iyrənc həyat tərzi sürdüyünü sübuta yetirdi.

Tviter istifadəçisi BiRUS 2021-ci ildə Adam Şiffin qalmaqallı fotolarını yayıb. Foto rəsmi şəraitdə lentə alınıb. Amerika bayrağı fonunda Adam Şiff, yanında isə qəribə formalı, ağzında əmzik olan, çəhrayı uşaq bezi və kiçik qız paltarı geyinmiş bir şəxs var. Bu fotolar Adamın pedofilliyə, azyaşlı qız uşaqlarına qarşı meylli olduğunu sübut edir. Pedofilliklə yanaşı Adamın təmsil etdiyi dövlətin bayrağına, rəsmi kabinetinə hörməti də bu foto ilə sübut olunur. Bayrağına və postuna bu cür hörmət bəsləyən şəxsin dediklərini ciddiyə almaq artıq mənasız olar.

Fotoları yayan şəxs bildirir ki, Adam məşhur rusofob Ceykob Şiffin nəvəsidir. Ceykob hələ Rusiya çarlığı dövründən ruslara qarşı mübarizə aparıb, bolşevikləri maliyyələşdirib, rus-yapon müharibəsində Yaponiyanı dəstəkləyib.

2019-cu ildə Adam Şiff və o dövrdə ABŞ Prezidenti olan Donald Tramp arasında növbəti qalmaqal üzə çıxdı. Bu qalmaqal hətta Trampın impiçment məsələsi ilə nəticələnə bilərdi. Tramp isə öz növbəsində Adamı həbslə hədələməyə başlamışdı.

Konqresdə Trampın Ukrayna Prezidenti Volodimir Zelenskiyə təzyiq göstərdiyi bildirilir. Konqresin əsas hissəsi ABŞ Prezidentinin səlahiyyətlərindən sui-istifadə etdiyini bildirir. Məlumata görə, Tramp telefon danışığında ukraynalı rəqibini növbəti seçkilərdə əsas rəqibi sayılan Baydenə qarşı cinayət işi açmağa məcbur etməyə çalışıb. Adam Şiff isə Konqresdə Tramp və Zelenski arasında danışıqların xülasəsini ifadə edib. Tramp isə konqresmenin yalan danışdığını bildirir və sübut kimi danışığın stenoqramını yayır. Stenoqramda olan digər məlumatlar isə daha təhlükəli idi. Bu yazı Almaniya kansleri Angela Merkel, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı və s.məsələləri əhatə edirdi.

Amerika Prezidenti iddia edir ki, konqresmen açıq şəkildə yalan danışıb, söhbətin mahiyyətini dəyişib. Sübut kimi o, söhbətin stenoqramını ictimai sahəyə yerləşdirib. Üstəlik, o, bu barədə Zelenskinin özü ilə razılaşmayıb. Söhbətdə isə başqalarının qulağı üçün nəzərdə tutulmayan, yumşaq desək, çox şey var idi. Xüsusən də Almaniya kansleri Angela Merkel və Fransa Prezidenti Makronun qulağına. Brüsseldən olan yüksək rütbəli məmurların isə Avropa İttifaqının “Ukraynanı heç də dəstəkləməməsi” (Zelenskinin Trampa şikayət etdiyi də budur-müəl) xəbəri onların xoşuna gəlməyib. O qədər ki, Aİ 5 ildə 15 milyard dollarlıq yardımın hara axdığını hesablamaq üçün indi komissiya hazırlayır.

Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri təkcə Trampın Ukrayna Prezidenti Zelenski ilə danışıqlarına deyil, həm də Rusiya Prezidenti V.Putinlə danışıqlara girişin əldə olunmasını tələb edir. Dövlət katibi Mayk Pompeo buna cavab olaraq bildirib ki, onun işçilərindən impiçment dinləmələrində iştirak tələb olunmur. Üstəlik, onların Konqresə heç bir sənəd təqdim etmək hüququ yoxdur: “Bunlar onların şəxsi sənədləri deyil, ofis sənədləridir”.

Bu məsələ böyük qalmaqala səbəb oldu. Kəşfiyyat rəisi Pompeo da konqresmenlər tərəfindən istintaqı düzgün istiqamətləndirməməkdə ittiham edildi. Tramp “Mən istəyirəm ki, Adam Şiff fırıldaqçılıq və xəyanətə görə ən yüksək səviyyədə dindirilsin” bəyanatını səsləndirdi. Sonra isə Tramp tvit ataraq “Konqresmen Adam Şiff qeyri-qanuni olaraq yalan və dəhşətli bəyanat fikirləşib və bunu mənim dediyimi bildirib. O, bunu Konqresə və Amerika xalqına deyib. Onun dediklərinin mənim telefon danışığıma heç bir aidiyyəti yoxdur. Xəyanətə görə həbs?”, - deyə fikrini ifadə edib.

Təəssüf ki, Adam Şiff həbs olunmadı, baxmayaraq ki, onun fəaliyyəti həmişə ABŞ-ın maraqlarına zidd idi. Məsələn, onun Konqresdə ermənipərəst gündəmi irəli sürməsini götürək. Bir neçə il əvvəl Şiff Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirinə istinad edərək, Səudiyyənin ABŞ tərəfindən “erməni soyqırımı”nın tanınması üçün pul ödəməyə hazır olması barədə saxta məlumat yaymaqla az qala diplomatik qalmaqala səbəb olmuşdu. Böyük hay-küy yarandı, Ər-Riyad belə bir saxtakarlığın ortaya çıxmasına öz hiddətini bildirdi. Lakin Şiffə yenə heç nə olmadı. Görünür, ona görə ki, zəngin və nüfuzlu diaspora öz ev heyvanlarını yaxşı qoruyur. Şiff kimi adamlar hələ də ermənilər üçün öz aktuallığını itirməyib və hansısa yolla işə tətbiq oluna bilər…

Kamil Məmmədov
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - YENİLƏNİB
  2. Şağanda kişi qonşularını bıçaqlayıb, ölən və yaralılar var
  3. Salyanda avtomobil aşıb, bir ailənin 6 üzvü xəsarət alıb
  4. Suraxanıda 60 yaşlı qadını avtomobil vurub
  5. Ucarda 44 yaşlı kişi yol qəzasında yaralanıb
  6. Xətai rayonunda yük maşını aşıb, yaralanan var
  7. Suraxanıda avtomobillər toqquşub, 34 yaşlı kişi xəsarət alıb
  8. Bakıda yol qəzasında 1 yaşlı körpə xəsarət alıb
  9. Subunçuda avtomobil aşıb, xəsarət alan var
  10. Şamaxıda 4 yaşlı uşaq yol qəzasında xəsarət alıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
Bu gün dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
Oktyabrın 6-da Dövlət İmtahan Mərkəzi (DİM) inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına Ətraflı
Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı verəcəklər
Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı verəcəklər
Oktyabrın 6-da Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün Ətraflı
Bütün xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?