Almaniya ilə Avropa ölkələri arasında fikir ayrılığı yaranıb
- 21-07-2023, 11:54
- Dünya
“Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi və onların Ukraynaya verilməsi ilə bağlı hələlik razılığa gələ bilmir”.
“Report” xəbər verir ki, bunu Aspen Təhlükəsizlik Forumunda çıxış edən Niderlandın baş nazirinin xarici işlər və təhlükəsizlik üzrə müşaviri Cefri van Leuven deyib.
“Biz hələ ki, aktivləri müsadirə edib Ukraynaya verə biləcəyimiz mərhələyə çatmamışıq. Səbəblər Almaniyanın etirazlarında və məhkəməyə verilə biləcək hüquqi məsələlərdədir. Bunu edə biləcəyimizi söyləmək üçün hələ çox uzağa getməmişik”-deyə, o bildirib.
2022-ci ildən bəri Avropa Komissiyası (AK) dəfələrlə bəyan edib ki, mövcud Avropa qanunvericiliyi Aİ-nin birtərəfli məhdudiyyətləri nəticəsində dondurulmuş xarici aktivlərin müsadirəsinə və onların başqa şəxsə və ya dövlətə verilməsinə icazə vermir.
Eyni zamanda, 2022-ci ilin yayından etibarən AK bu cür vəsaitlərin müsadirəsini qanuniləşdirmək üçün Avropa normalarının dəyişdirilməsi istiqamətində intensiv işə başlayıb.