azadses.az » Cəmiyyət » Bayramdan sonra ərəblər Bakıya AXIŞIR - FOTO

Bayramdan sonra ərəblər Bakıya AXIŞIR - FOTO

Son günlər Azərbaycana gələn turistlərin sayında artım müşahidə edilir. Xüsusilə ölkəmizə təşrif buyuran qonaqlar arasında ərəb ölkələrindən gələnlər üstünlük təşkil edir. Pandemiyadan əvvəlki dövrdə olduğu kimi, Bakının mərkəzi küçələrində yenidən ərəb turistlərə rast gəlmək mümkündür.

Bu il ölkəmizə nə qədər xarici turistin gəlməsi gözlənilir?

Bu barədə Modern.az-a danışan iqtisadçı ekspert Ceyhun Aşurov bildirib ki, karantin qaydalarının yumşaldılmasından sonra turizm sektorunda canlanma yaranıb.

“Karantin qaydalarının yumşaldılması iqtisadiyyatın inkişafına və turizmin yenidən canlanmasına təkan verir. Artıq yeni qaydalar insanların səyahət edə bilməsi üçün imkanlar yaradıb. Turistlər həm ölkə daxili, həm də ölkə xaricinə gedə bilirlər. Bunun üçün ölkəyə gəliş zamanı PCR testinin ləğv olunması düzgün qərardır. May ayının 1-dən tibbi maskadan istifadə tələbi də aradan qaldırıldı. Bütün bunlar müsbət haldır. Baxmayaraq ki, quru sərhədləri açılmayıb, amma ölkəyə giriş-çıxış üçün uçuş marşrutlarının sayında artım var”, - ekspert deyib.

Ekspertin sözlərinə görə, Ramazan bayramından sonra ərəb ölkələrindən, eləcə də digər İslam ölkələrindən gələn turistlərin sayında artım müşahidə olunur:



“Biz turizmçi olaraq turistlərin hansı ölkələrdən olmasına fərq qoymuruq. Ölkəmizə gələn hər turist müəyyən istehlak tələbi yaradır, aldığı xidmətlərin qarşılığında pul xərcləyir. Təsadüfi deyil ki, turizm Azərbaycanda neft sektorundan sonra ikinci ən çox xarici valyuta gətirən sahələrdən biridir. Təbii ki, ölkəmizə son zamanlar Qazaxıstandan, nisbətən Özbəkistandan, Türkiyədən gəlişdə aktivlik müşahidə olunur. Eyni zamanda, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Pakistandan gələnlərin sayı da artıb. Ümumiyyətlə, nəinki ərəb turistlərin, digər ölkələrdən olan qonaqların gəlişi turizmin dirçəldilməsi üçün önəmlidir”.

Ekspert bu il turizm sektorunda aktivlik olacağını hesab edir:

“Keçən illə müqayisədə düşünürük ki, bu il turizmin bərpası müşahidə olunacaq və daha çox aktivlik yaranacaq. Hələ də müəyyən məhdudiyyətlər qalsa da, gözləntilər müsbətdir. Növbəti ildən daha çox turistin səyahət edəcəyini düşünürük. Eyni zamanda yerdə qalan məhdudiyyətlərin də ləğv olunacağına ümid edirik. Təbii ki, geosiyasi gərginliklər turizmdə müəyyən çətinliklər yaradır. Ancaq insanların səyahət etmək istəyini də nəzərə almalıyıq”.

Xatırladaq ki, Dövlət Turizm Agentliyinin yaydığı məlumata görə, 2022-ci ilin aprelində ölkəyə 84 402 xarici vətəndaş gəlib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 84 faiz artım deməkdir. Belə ki, 2021-ci ilin aprelində ölkəyə 45 764 əcnəbi gəlmişdi.

Cari ilin yanvar-aprel aylarında ölkəyə gələn xarici vətəndaşların sayı 330 679 nəfər olub. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 103 faiz çoxdur. 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycana 162 991 əcnəbi daxil olub.

Əcnəbilərin 26,9 faizi Türkiyədən, 22,6 faizi Rusiyadan, 15,7 faizi İrandan, 11,8 faizi Asiyadan, 10 faizi Avropadan, 6,9 faizi Gürcüstandan, 4,3 faizi Yaxın Şərq ölkələrindən, 1,7 faizi isə digər regionlardan gəlib. Xarici vətəndaşların ən çox gəldiyi ölkələr arasında ilk beşlikdə isə Türkiyə (22,7 min), Rusiya (19,1 min), İran (13,3 min), Gürcüstan (5,8 min), Hindistan (3,3 min) qərarlaşıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. 65 yaşlı kişini ilan sancdı
  2. Sumqayıtda mənzildə kişi meyiti tapılıb
  3. Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
  4. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
  5. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  6. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  7. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  8. Bakıda yol qəzası olub, xəsarət alan var
  9. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  10. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı