Peruda nadir xəstəliklə əlaqədar fövqəladə vəziyyət elan edilib
- 10-07-2023, 10:12
- Dünya
Peruda Giyen Barre sindromu hallarının səbəbsiz artması səbəbindən 90 günlük fövqəladə vəziyyət elan edilib.
“Report” xəbər verir ki, bu barədə “El Peruano” rəsmi qəzeti məlumat yayıb
Giyen Barre sindromu - insanın immun sisteminin öz periferik sinirlərinə hücum etdiyi nadir bir vəziyyətdir. Sindrom hər yaşda olan insanları təsir edə bilər, lakin ən çox yetkinlərdə və kişilərdə olur. Tez-tez bu, az bişmiş qidada, xüsusən də quş ətində baş verən bir infeksiyadan qaynaqlanır.
Perunun səhiyyə naziri Sezar Vaskes Sançes bildirib ki, bu rejim ilk növbədə hakimiyyət orqanlarına belə halların müalicəsi üçün lazım olan 5000 ampula immunoqlobulini təcili almağa imkan verəcək.
O əlavə edib ki, bu ehtiyatlar xəstələrin iki ilədək lazımi pulsuz müalicə ilə təmin olunmasına kifayət edəcək.
Peru Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin may ayına olan məlumata görə, ölkədə 190-a yaxın insanda sindrom aşkarlanıb, onlardan dördü ölüb. Müalicə alan147 nəfər sağalıb, 31 nəfərin müalicəsi stasionarda davam etdirilir.