ÜST fövqəladə vəziyyət rejiminin müddətini uzadıb
- 30-01-2023, 19:40
- Cəmiyyət
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yayılması ilə əlaqədar 2020-ci ilin yanvarından bəri qüvvədə olan fövqəladə vəziyyət rejiminin müddətini daha 3 ay uzadıb.
Bu barədə ÜST-nin Cenevrədəki mənzil-qərargahında təşkilatın Fövqəladə Komitəsinin iclasının yekunlarına dair dərc edilən məlumatda deyilir.
ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus koronavirus pandemiyasının hələ də təhlükəli olduğunu və ictimai sağlamlıq üçün təhlükə yaratdığını vurğulayıb.
O bildirib ki, bu pandemiya beynəlxalq əhəmiyyətli ictimai səhiyyədə fövqəladə vəziyyət nümayiş olunmaqda davam edir.