Moskvada antiterror rejimi ləğv olunub
- 26-06-2023, 14:15
- Dünya
Rusiyanın Moskva vilayətində və Moskva şəhərində antiterror rejimi ləğv olunub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə paytaxt meri Sergey Sobyanin məlumat yayıb.
O bildirib ki, antiterror rejiminin ləğv olunması ilə bağlı qərara uyğun olaraq hazırda bütün məhdudiyyətlər aradan qaldırılır.
Xatırladaq ki, iyunun 23-də “Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini onun şirkətinin mövqelərinə zərbələr endirməkdə ittiham edib və 25 min insanın “məsələni aydınlaşdırmağa” hazırlaşdığını bildirib. Səhər saatlarında o, Rostov şəhərində bütün hərbi obyektlərin nəzarətə götürüldüyünü açıqlayıb.
Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb, Prezident Vladimir Putin isə onun hərəkətlərini qiyam adlandırıb. Mümkün terror aktlarının qarşısının alınması məqsədilə Moskva şəhərində, Voronej və Moskva vilayəti ərazisində antiterror əməliyyatı rejimi tətbiq edilib.