Baydendən Tramp açıqlaması: tarixin bu kədərli hissəsi...
- 14-02-2021, 10:39
- Dünya
ABŞ Prezidenti Co Bayden Senatın Trampa bəraət verməsindən sonrakı açıqlamasında sabiq liderin öz vəzifəsindən utancverici şəkildə sui-istifadə etdiyinə inandıqlarını bildirib.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, Senatın qərarına baxmayaraq, Bayden Trampa qarşı ittihamın mübahisəli olmayacağını söyləyib:
"Tariximizin bu kədərli hissəsi bizə demokratiyanın kövrək olduğunu və hər zaman qorunması lazım olduğunu xatırlatdı", - Bayden qeyd edib.
Ölkədə şiddət və ekstremizmə yer olmadığını vurğulayan ABŞ lideri "Amerikalılar və xüsusən liderlər olaraq hər birimiz həqiqəti müdafiə etmək və yalanlarla mübarizə üçün məsuliyyət daşıyırıq. Bu şəkildə daxili müharibəyə son qoyub millətimizin ruhunu sağalda bilərik'', - deyə əlavə edib.