Ukrayna MN indiyədək 2 235 nəfərin Rusiya əsirliyindən qaytardığını açıqlayıb
- 17-04-2023, 16:56
- Dünya
Rusiya-Ukrayna müharibəsi ərzində Kiyev 2 235 nəfəri Rusiya əsirliyindən qaytarıb.
“Report” xəbər verir ki, bu rəqəmləri Ukrayna müdafiə nazirinin müavini Qanna Malyar teleqramda açıqlayıb.
O qeyd edib ki, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (MN BKİ) nəzdində Əsirlərlə Davranma üzrə Koordinasiya Qərargahı artıq bir ildən çoxdur ki, fəaliyyət göstərir. 2014-cü ildən bəri ilk dəfə olaraq hərbi əsirlərin dəyişdirilməsi və davranma prosesi beynəlxalq hüquq normalarına tam uyğun təşkil edilib.
“Mübadilə mövzusu düşmən əsirlik yerlərində olan hərbçilərimizin təhlükəsizliyi üçün səssizliyə ehtiyac duyur. Ona görə də burada deyiləcək çox şey yoxdur. Bununla belə, nəticələr öz sözünü deyir”, - Malyar vurğulayıb.