“Vaşinqton İrəvan və Bakı üçün vasitəçi deyil, tərəfdaşdır”
- 7-03-2023, 14:49
- Dünya
“ABŞ Ermənistanla Azərbaycan arasında vasitəçilik etmək niyyətində deyil, tərəflər məsələləri özləri həll etməlidirlər”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays brifinqdə deyib.
Onun sözlərinə görə, Vaşinqton İrəvan və Bakı üçün vasitəçi deyil, tərəfdaşdır: “ABŞ tərəfləri yaxınlaşdıra biləcəyini həm sözdə, həm əməldə göstərir. Biz bunu Moskva ilə rəqabət aparmaq üçün etmirik. Biz bunu iki ölkə arasında uzunmüddətli münaqişənin həll edilməsi və razılığın əldə olunması məqsədilə edirik”.