Zaxarova Qarabağdakı gərginlikdən danışdı
- 6-03-2023, 18:49
- Dünya
“Moskva Qarabağda gərginliyin artmasından narahatdır”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Rusiyalı diplomat vurğulayıb ki, son bir neçə gün ərzində gərginliyin artması müşahidə edilir:
“Martın 5-də həm Ermənistan, həm də Azərbaycan tərəfdən insan ölümü ilə nəticələnən silahlı insident baş verib. Biz Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatının müddəalarına ciddi əməl etməyin zəruriliyini bir daha təsdiq edirik”, - Rusiya XİN sözçüsü vurğulayıb.