İtaliyadan qardaş ölkəyə həmrəylik ismarışı: “Qaranlığın arxasında çoxlu günəşlər var” - FOTO
- 8-02-2023, 16:22
- Dünya
![İtaliyadan qardaş ölkəyə həmrəylik ismarışı: “Qaranlığın arxasında çoxlu günəşlər var” - FOTO](/uploads/posts/2023-02/12121.jpg)
Episentri Kahramanmaraş olan və 10 vilayətdə baş verən dağıdıcı zəlzələlərə görə bir çox ölkə Türkiyəyə axtarış-xilasetmə personalı və yardım göndərib. İtaliya da bu ölkələrdən biridir.
Diplomatik korpus bununla bağlı özünün sosial şəbəkə hesabından paylaşım edib.
“Ümidsizliyin arxasında saysız ümidlər, qaranlığın arxasında çoxlu günəşlər var”, - deyə səfirlikdən bildirilib.
Qeyd edək ki, Türkiyə COVID-19 pandemiyası dövründə İtaliyaya göndərdiyi humanitar yardımla bağlı paylaşımında eyni ifadələrdən istifadə etmişdi.
![](/uploads/posts/2023-02/1675849775_111.jpg)