Britaniyanın məşhur nəşri Pakistanın Baş nazirindən üzr istədi
- 9-12-2022, 13:46
- Dünya
Böyük Britaniyanın məşhur “Daily Mail” nəşri Pakistanın Baş naziri Şahbaz Şərifdən üzr istəyib.
Qəzet 2019-cu ildə iddia etmişdi ki, Böyük Britaniyanın Beynəlxalq İnkişaf Departamentinin Pakistanda zəlzələdən zərərçəkənlər üçün ayırdığı vəsait Şahbaz Şərif və onun ailəsi tərəfindən mənimsənilib.
“Daily Mail” məqaləsində həmçinin Pakistan Milli Hesabatlılıq Bürosunun apardığı araşdırmalara istinad edib.
“Biz etiraf edirik ki, Şahbaz Şərif Britaniya dövlətinin və Böyük Britaniyanın Beynəlxalq İnkişaf Departamentinin ayırdığı vəsaitlə bağlı hər hansı qanun pozuntusuna yol verməyib. Biz bunu aydınlaşdırmaqdan məmnunuq və bu səhvə görə cənab Şərifdən üzr istəyirik”, - qəzet qeyd edir.
Qəzet həmçinin qeyd edib ki, sözügedən iddiaları ehtiva edən xəbərlər bütün platformalardan silinib.