Litvada NATO-nun təlim mərkəzi inşa olunacaq
- 30-11-2022, 08:47
- Dünya
“Merko” tikinti şirkəti 2024-cü ilin ortalarına qədər Litvada NATO-nun yeni təlim mərkəzini inşa edəcək.
Bu barədə şirkətin rəsmi saytında məlumat verilir.
“Müqavilənin dəyəri vergilər daxil olmaqla təxminən 7 milyon avrodur. Tikinti işlərinin 2024-cü ilin ikinci rübündə başa çatdırılması planlaşdırılır”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, şirkət alyansın dəstək və satınalma agentliyi ilə müqavilə bağlayıb. Əməliyyatın digər təfərrüatları, eləcə də mərkəzin yeri barədə məlumat verilməyib.