Yunanıstan xarici işlər naziri Tripolidə təyyarədən enmək istəmədi: Geri uçdu
- 17-11-2022, 17:07
- Dünya
Yunanıstanın xarici işlər naziri Nikos Dendias Liviyanın paytaxtı Tripoliyə səfər edib.
Lakin nazir təyyarədən enməkdən imtina edib. XİN rəhbəri bununla bağlı heç bir açıqlama verməyib və geri uçub.
Bundan əvvəl Dendias Türkiyə və Liviyanın müstəsna iqtisadi zonalarını müəyyən etdikləri memorandumu tanımaqdan imtina etdiyinə görə İtaliyaya minnətdarlığını bildirib.
Diplomat bu barədə noyabrın 16-da Romada İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri, İtaliya baş nazirinin müavini Antonio Tayani ilə danışıqlar başa çatdıqdan sonra bəyan edib.