Rusiya XİN Qərbin kommersiya peyklərini vurmaqla hədələdi
- 28-10-2022, 09:24
- Dünya
“Qərbin kommersiya peyklərindən Ukrayna müharibəsində kömək məqsədi ilə istifadə edilərsə, Rusiya onları qanuni hədəf kimi qəbul edə bilər”.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Konstantin Voronsov bəyanat verib.
Voronsov Rusiya Xarici İşlər Nazirliyinin Silahların Yayılmaması və Silahlara Nəzarət Departamentinin direktor müavinidir. Onun bəyanatı BMT Baş Assambleyasının birinci komitəsinin iclasında səsləndirilib.
O, ABŞ və digər Qərb ölkələri tərəfindən kosmosda mülki infrastrukturun, o cümlədən kommersiya infrastrukturunun komponentlərindən silahlı münaqişələrdə istifadəsini “təhlükəli tendensiya” adlandırıb. Həmçinin bunun xüsusilə Ukrayna hadisələri zamanı özünü büruzə verdiyini qeyd edib.
“Bu halda kvazi-mülki infrastruktur cavab zərbəsi üçün qanuni hədəfə çevrilə bilər. Qərbin hərəkətləri nəticəsində kosmosda dinc fəaliyyət üçün əsassız risklər yaranır. Həmçinin Yer üzündə çoxsaylı sosial-iqtisadi proseslər də risk altında qalır ki, ilk növbədə inkişaf etməkdə olan ölkələrdə insanların rifahı bu proseslərdən asılıdır”, - deyə Voronsov əlavə edib.
Bildiyiniz kimi, “SpaceX” şirkətinin “Starlink” peyk rabitə sistemi Ukrayna üçün son dərəcə mühüm rol oynayır.
Bundan əlavə, ukraynalılar tərəfindən ilkin olaraq üç “Bayraktar”ın alınması üçün toplanan vəsaitlə Finlandiyanın ICEYE şirkətinin peyk şəbəkəsinin məlumatlarına bir ildən çox müddətə çıxış imkanı əldə edilib. Həmçinin peyklərdən birindən orbitdəki fəaliyyətinin sonuna qədər məlumat əldə etmək imkanı alınıb.