Zelenski və Ukrayna xalqı “Fikir azadlığına görə” Saxarov mükafatına namizəd göstərildilər
Avropa Parlamenti Andrey Saxarov adına “Fikir azadlığına görə” mükafatının namizədlərini açıqlayıb.
Namizədlərin siyahısı Avropa Parlamentinin saytında dərc olunub.
2022-ci il namizədlər siyahısında Ukrayna Prezidenti Volodimir Zelenski və cəsur Ukrayna xalqı da var.
Zelenskinin və Ukrayna xalqının namizədliyi Avropa Xalq Partiyası (AXP) tərəfindən irəli sürülüb.
Ukrayna xalqı həmçinin Yenilənən Avropa, eyni zamanda Sosialistlər və Demokratların Mütərəqqi Alyansı tərəfindən də namizəd göstərilib.
Avropa Mühafizəkarlar və İslahatçılar partiyası tərəfindən isə şəxsən Volodimir Zelenskinin namizədliyi irəli sürülüb.
Oktyabrın 19-da parlamentin spikeri Roberta Metsola və siyasi qrupların liderləri tərəfindən qalib müəyyənləşdiriləcək. Dekabrın 14-də isə mükafatlandırma mərasimi Fransanın Strasburq şəhərində baş tutacaq.
Xatırladaq ki, bundan əvvəl Ukrayna ilk dəfə olaraq Nobel Sülh Mükafatını alıb.