Gürcüstana keçmək istəyən 180-dən çox rusiyalıya çağırış vərəqi verilib
- 3-10-2022, 09:37
- Dünya
![](/uploads/posts/2022-10/medium/1664773604_309765705_786562262667498_8734960344942556112_n.jpg)
Bu barədə bazar günü Şimali Osetiya hərbi komissarının müavini Abril Abdullayev məlumat verib.
“Şimali Osetiya ərazisində Rusiya və Gürcüstan sərhədində 180-dən çox çağırış vərəqəsi təqdim edilib. Çağırış vərəqələri ölkənin müxtəlif regionlarından Gürcüstana getmək üçün növbə gözləyən vətəndaşlar tərəfindən alınıb”, - o bildirib.
Qeyd olunur ki, Gürcüstanla sərhəddə hərbi xidmətə çağırış üzrə operativ qrup işləyir və qismən səfərbərliyə məruz qalan Rusiya Federasiyasının vətəndaşlarına çağırış vərəqələri verilir.