Avropadan “Şimal axını” hadisələrinə görə sərt bəyanat - FOTO
“Şimal axını” qaz kəmərlərində baş verən hadisələr təsadüfi deyil və hamımıza təsir edir”.
Oxu.Az-ın məlumatına görə, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bəyan edib.
O, Aİ-nin qaz kəmərlərinə dəyən zərərdən dərin narahatlıq keçirdiyini vurğulayıb.
“Təhlükəsizlik və ətraf mühit məsələləri ən yüksək prioritetimizdir”, - deyə o, bəyanatında bildirib.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen isə sözügedən qaz kəmərlərində fövqəladə vəziyyətdən sonra Avropanın enerji infrastrukturunun qəsdən pozulmasına cavab veriləcəyi ilə hədələyib.
“Avropanın aktiv enerji infrastrukturunun qəsdən pozulması qəbuledilməzdir və mümkün olan ən sərt reaksiyaya səbəb olacaq”, - deyə AK prezidenti sosial media hesabında yazıb.
Fon der Lyayen təxribat aktını Danimarkanın Baş naziri Mette Frederiksen ilə artıq müzakirə etdiyini bildirib. Avropa Komissiyasının rəhbəri hadisələr və onların səbəbləri ilə bağlı tam aydınlıq əldə etmək üçün hadisələrin araşdırılmasına çağırıb.
Qeyd edək ki, daha əvvəl İsveçin xarici işlər naziri Ann Linde “Şimal axını”ndakı sızıntıların partlayışlar nəticəsində baş verdiyini bildirmişdi. Onun sözlərinə görə, Stokholm məlumat toplamaqda davam edir və heç bir səbəb, aktor, yaxud motiv istisna edilmir.
Xatırladaq ki, “Şimal axını 1” və “Şimal axını 2”də üç sızma aşkar edilib. Danimarka Enerji Agentliyi böyük miqdarda qazın dənizə axdığını bildirib. Təyyarə və gəmilərin insident yerinə beş dəniz milindən artıq yaxınlaşması qadağandır.
Daha sonra isveçli seysmoloqlar sentyabrın 26-da boru kəməri marşrutları boyunca iki partlayış qeydə aldıqlarını bildirdilər. İsveç polisi sızmaların səbəblərini araşdırmağa başlayıb.