İsrail öz vətəndaşlarına xəbərdarlıq etdi
İsrail öz vətəndaşlarına xaricə səyahət etməmələri barədə xəbərdarlıq edib.
Buna səbəb bu həftəsonu başlayacaq və oktyabrın ortalarına qədər davam edəcək yəhudi bayramları zamanı İranın mümkün hücumudur.
İsrail Milli Təhlükəsizlik Agentliyinin Terrorla Mübarizə Komitəsi sentyabrın 26-da başlayacaq yəhudi bayramları öncəsi yazılı açıqlama yayıb.
Açıqlamada qeyd olunub ki, “İran və müttəfiqləri” son iki ildə İsrail vətəndaşlarını hədəf almaq üçün xaricdəki fəaliyyətlərini gücləndiriblər. Həmçinin bildirilib ki, 2021-2022-ci illərdə İranın dünyanın müxtəlif ölkələrində israillilərə qarşı müxtəlif cəhdlərinin qarşısı alınıb.
Açıqlamada İsrail vətəndaşlarına məhz yəhudi bayramları zamanı xarici ölkələrə səfər etməmək barədə xəbərdarlıq edilib.
İsraillilər ibrani təqviminə görə, sentyabrın 26-da Yeni ili, oktyabrın 5-də Yom Kipur bayramını, oktyabrın 10-da isə Sukot bayramını qeyd edəcəklər.