azadses.az » Dünya » Çin Tayvan kartının qisasını almağa girişib: ABŞ-a digər səhnədən “atəş açılır” - TƏHLİL

Çin Tayvan kartının qisasını almağa girişib: ABŞ-a digər səhnədən “atəş açılır” - TƏHLİL

ABŞ-la Çin arasındakı rəqabətdə qarşılıqlı həmlələrin miqyası böyüyür. İqtisadi ekspansiyanı qlobal maraqlarının mərkəzində tutan Çin ABŞ-ın Tayvanla bağlı siyasətindən narahatlıqlarını soyuqqanlı bir yanaşma ilə əvəzləyir.

Vaşinqton Tayvanla bağlı Çinə diş qıcadıqca Pekin də Ağ Evi eyni məntiqlə əzmək istəyir, Səudiyyə Ərəbistanı ilə ABŞ arasındakı anlaşılmazlıqlar isə Çinə müstəsna qisasçılıq üçün unikal bir şans gətirir.

Səudiyyə Ərəbistanı ilə ABŞ arasındakı gərginliklərdən böyük ustalıqla istifadə edib Vaşinqtonu Körfəz regionunda sıxışdırmaq Çin lideri Si Cinpinin planlarında yer alır.

İki məqam:

- Çin üçün Səudiyyə Ərəbistanı etibarlı enerji təchizatçısıdır;

- Çin ABŞ-ın Cənubi Çin dənizindəki genişlənən nüfuzuna cavab olaraq Körfəz regionuna boylanır.

Çin, onsuz da, Səudiyyə Ərəbistanının tərəfdaşıdır, iki ölkənin yüksək profilli əməkdaşlığı indi Körfəz ölkələrinin yerləşdiyi coğrafiyada ABŞ-ın dar nöqtəyə sıxışdırılmasına zəmin yarada bilər.

Çin Sədri Si Cinpinin bu yaxınlarda Səudiyyə Ərəbistanına gözlənilən səfərinin təməli qarşıdurmadan mənfəət götürmək prinsipinə əsaslanır.

Cinpinin baş tutacaq səfəri Çinin Körfəz regionuna nüfuz ixrac etmək qabiliyyətinin yeni tənliklərlə hesablanması deməkdir.

Bəli, ABŞ-la Çin Körfəz səhnəsində kəllə-kəlləyə gəlirlər. Çin ağıllı və təmkinli görünür, ABŞ isə Körfəzi əlindən buraxmasa da, buradakı nüfuzunu Pekin qarşısında itirir.

ABŞ-ın təsirinin zəifləməsi təhlükəsizliyə dair narahatlıqları artırır, buna görə də region ölkələrinin son illərdə dərinləşən emosiyaları onları Çinə yaxınlaşdırır.

ABŞ Körfəz bölgəsinin özü üçün böyük, həyati əhəmiyyətindən bəhs edir, hərçənd ki, bu da narahatlıqları aradan qaldırmır, çünki ABŞ, yuxarıda qeyd etdiyimiz kimi, təsir gücünü zəiflədib.

Bu, Ər-Riyada onun himayədarının əl dəyişdirməsi üçün bəhanə verə bilər, amma həmin tendensiyanın inkişafı Çinin Səudiyyə Ərəbistanını inandırmaq bacarığından asılıdır.

Lakin Səudiyyə krallığı, çətin ki, ABŞ-ın öz üzərindəki çəkisini azaldacaq, amma situativ dəyişikliklər balansı dəyişmək imkanlarını genişləndirə bilər.

Pekin Səudiyyədən neft asılılığına malikdir və bunu elə yönləndirib ki, qarşılıqlı iqtisadi əlaqələrə dair nümunə yaranıb, Çin indi bu əlaqələrlə öyünür. Çin qürrələnmənin doğurduğu çağırışlarla Səudiyyə Ərəbistanının Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olmasına çalışır.

Çin investisiya iştahası ilə Ər-Riyadı ələ almaqla formalaşan yeni dünya nizamını öz mənfəətlərinə uyğunlaşdırmaqda davam edəcək.

Çindən Səudiyyə Ərəbistanına ixrac ediləcək pul kütləsi özünü investisiyaların çoxalmasında göstərəcək, ABŞ-ın isə bu iqtisadi alətlərə qarşı effektiv dirənişi çətinləşəcək.

ABŞ-Çin qarşıdurması dərinləşdikcə hər iki ölkə Səudiyyə Ərəbistanını əlində saxlamağa məcbur qalacaq. Ər-Riyad isə yeni eksklüziv münasibətlər sisteminə tam hazır deyil və hər iki ölkə ilə əlaqələri qoruyub-saxlayacaq.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  2. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  3. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  4. Bakıda yol qəzası olub, xəsarət alan var
  5. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  6. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  7. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  8. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  9. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
  10. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı