Ukrayna limanlarından taxıl yüklü daha altı gəmi yola çıxıb
- 28-08-2022, 21:16
- Dünya
Kənd təsərrüfatı məhsulları yüklənmiş daha altı gəmi bazar günü səhər saatlarında Ukrayna limanlarından yola salınıb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Gəmilərin hərəkətini izləyən Marine Traffic xidmətinin məlumatına görə, söhbət Melina, Silver Lady, FPMC B 201, DS Sofie Bulker, SSI Invincible II və Aeolos gəmilərindən gedir. Onlar ümumilikdə 210 min 294 ton yük aparır.
Şənbə günü İstanbuldakı Birgə Koordinasiya Mərkəzinin mütəxəssisləri doqquz gəmiyə baxış keçiriblər, bu gün isə daha altı gəminin yoxlanılması gözlənilir.
Ukraynadan kənd təsərrüfatı məhsullarının daşınması Birgə Koordinasiya Mərkəzinin nəzarət etdiyi humanitar dəhliz vasitəsilə həyata keçirilir. Mərkəzin nümayəndələri hər bir gəmini Bosfor boğazına girməzdən öncə yoxlayır və analoji tədbirlər Ukraynaya gedən yük gəmilərinə də şamil olunur.
Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 26-da bildirib ki, “taxıl dəhlizi” vasitəsilə artıq bir milyona yaxın ton kənd təsərrüfatı məhsulları ixrac edilib.
Xatırladaq ki, Ukraynadan ərzaq məhsullarının dünya bazarlarına ixracı probleminin həlli üçün iyulun 22-də İstanbulda sənədlər paketi imzalanıb və Birgə Koordinasiya Mərkəzi yaradılıb.