Koronavirus təhlükəsi geridə qaldı? - ARAŞDIRMA
Ekspertlər deyirlər ki, məhdudiyyətlərin götürülməsi sonrakı mərhələdə bəzi problemlərin meydana çıxmasına səbəb ola bilər. Bu baxımdan vaksinasiya çox önəmlidir. Mütəxəssislər çağırış edirlər ki, mütləq 3-cü doza vaksin olunmaq lazımdır ki, sonrakı dövrdə risklərdən sığortalanmaq mümkün olsun.
“Azərbaycanda koronavirus infeksiyasına 1 yeni yoluxma faktı qeydə alınıb, vəfat edən olmayıb”. Belə statistik məlumat artıq bir neçə dəfə yayımlanıb. Hətta sosial şəbəkələrdə də paylaşılıb və müsbət hal kimi müzakirə edilərək, “Gözlənilməz statistika” yaxud “gözlənilən an” adlandırılıb. Çünki 2 ildən çoxdur ki, ilk dəfə belə tendensiyanın şahidi olmuşuq. Dördrəqəmli yoluxmadan 1 nəfərə enmək, əlbəttə, sevindirici və ən əsası ümidvericidir.
Mövzu ilə bağlı Kaspi qəzetinin yazısını təqdim edirik:
Rahat “nəfəs” alaqmı?
Düzdür, yoluxmanın səngidiyi vaxtlarda da müsbət dinamika ilə rastlaşırdıq. Amma bu dinamika qısa müddət sonra daha dəhşətli sayla əvəzlənirdi. Hazırkı dinamika isə uzun müddətdir ki, dəyişmir. Bəs bu tendensiyaya əsaslanaraq deyə bilərikmi ki, pandemiya bitib? Xəstələrin sayında artım ehtimalı varmı? Ən əsası peyvəndləmə ilə bağlı strategiya necə olmalıdır?
“Reallıqla barışmalıyıq”
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli “Kaspi”yə açıqlamasında bildirdi ki, pandemiya müddətində ölkə olaraq gördüyümüz işlər artıq nəticəsini verir: “Yoluxma sayının kəskin azalmasını və epidemioloji vəziyyətin kifayət qədər stabilləşməsini müşahidə edirik. Lakin reallıqla barışmalıyıq. Covid-19 törədicisi heç vaxt yox olmayacaq. Daim bizimlə yaşayacaq və yoluxduracaq. Virusun yox olub getməsi mümkün deyil”.
Vaksinasiyası tamamlanan insanlarda...
Millət vəkili vurğulayır ki, orqanizmlə virus artıq adaptasiya prosesini keçib: “Müxtəlif mutasiyalar və aparılan mübarizələrin nəticəsində insan orqanizmi ilə virusun bir-birinə adaptasiya prosesi baş verir. Təbii ki, burada immuniteti güclü olan, vaksinasiyası tamamlanan insanlarda yoluxmalar olmayacaq. Olsa belə, yuxarı tənəffüs yollarının infeksiyası kimi özünü göstərəcək. Ümumiyyətlə, “koronavirusa bir daha yoluxmayacağıq” fikri yanlışdır. O, artıq digər virus infeksiyaları kimi mövsümi olacaq. Bu baxımdan hər birimiz sağlamlığımıza diqqət etməliyik”.
“Qorxunc gedişlər olmayacaq”
Həmsöhbətimizin sözlərinə görə, artıq qorxunc gedişləri müşahidə etməyəcəyik: “Qarşıdakı payız aylarında bu prosesi bir qədər də izləməliyik. Proqnozum ondan ibarətdir ki, pandemiya şəklindəki qorxunc gedişləri müşahidə etməyəcəyik. Qrip viruslarında hansı proseslər olursa, koronovirus da həmin istiqamətə gedir. Virusdan qorunmaq üçün vaksinasiya və gigiyenik tədbirlərdən istifadə yetərlidir. Artıq biz enişin və rutin infeksiyanın şahidi olacağıq”.
İnsanlara çağırış edirik ki...
Peyvəndləmə ilə bağlı strategiyaya gəldikdə, deputat deyir ki, buster doza mütləq qəbul edilməlidir: “Məhdudiyyətlərin birdən-birə kütləvi şəkildə götürülməsi sonrakı müddətdə bəzi problemlərin meydana çıxmasına səbəb ola bilər. O baxımdan vaksinasiya çox önəmlidir. 3 doza vaksin alanların sayı kifayət qədərdir, ancaq kimlərsə bunu icra etməyibsə, təbii ki, buster dozanı almasını məsləhət görürük. Həmin insanlara çağırış edirik ki, mütləq 3-cü dozanı alsınlar və sonrakı dövrdəki risklərdən özlərini sığortalasınlar”.
“Bu da hər kəsi narahat edir”
Həkim Rafiq Bayramov deyir ki, dünyanın əksər ölkələrində yoluxma sayı ilə bağlı hazırda müsbət tendensiya var. Lakin Çində vəziyyət sevindirici deyil. Bu da hər kəsi narahat edir: “Son günlərdə ölkəmizdə koronavirusa yoluxanların sayında kəskin azalma var. Çox şükür ki, ölüm halları da kəskin azalıb. Amma düşünürəm ki, bu tendensiya tam arxayınlıq yaratmamalıdır. Düzdür, əksər ölkələrdə, o cümlədən bizdə də bir sıra qadağalar aradan götürülüb. İndiki vəziyyətdə bu lazımdır. Amma təəssüflə qeyd edim ki, Çində son vaxtlar bəzi bölgələrdə yoluxanların sayında artım var. Ona görə də, koronovirusla bağlı vəziyyətin necə olacağını öncədən proqnozlaşdırmaq çətindir. Nə baş verəcəyini zaman göstərəcək”.
“Ehtiyatı əldən verməyək”
Həkim vurğulayır ki, nə qədər ki pandemiyanın bitməsi ilə bağlı qərar yoxdur, ehtiyatı əldən vermək olmaz. Buster doza da daxil olmaqla, vaksinasiya olunmaq lazımdır. Müəyyən risk qrupuna aid olan insanlar, yanaşı xəstəliyi olanlar, yaşlı insanlar yenə də mümkün qədər insanların çox toplaşdığı qapalı məkanlardan uzaq dursalar, yaxşıdır. Yaxud iştirak etdikdə, qoruyucu maskalardan istifadə etməyi tövsiyə edirik. Tibb müəssisələrində birmənalı olaraq tibb işçiləri və insanların sıx toplaşdığı qapalı məkanların əməkdaşları qoruyucu maskalardan istifadə etməlidir. Maska məcburi olmasa da, tövsiyə edilir. Ümid edirəm ki, bu tendensiya belə də davam edər və infeksiyanın sonu olar. Bütün dünya əhalisi rahat nəfəs alar”.