azadses.az » Dünya » Ukraynadan Almaniyaya gedən Azərbaycan vətəndaşları yaşamaq icazəsini necə ala bilərlər?

Ukraynadan Almaniyaya gedən Azərbaycan vətəndaşları yaşamaq icazəsini necə ala bilərlər?

“Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsi (BAMF) Ukraynadakı müharibə səbəbi ilə Almaniyaya gələrək, sığınacaq istəyən üçüncü ölkə vətəndaşlarının işinə baxır. Onların arasında Azərbaycan Respublikası vətəndaşları da var”.

Bunu “Report”un Avropa bürosuna BAMF-ın mətbuat katibi Stefan fon Borstel deyib. Onun sözlərinə görə, hazırda Ukraynadakı müharibə səbəbi ilə Azərbaycan Respublikası vətəndaşları da daxil olmaqla digər ölkələrdən gələnlərin geri qayıtma imkanları araşdırılır.

“Ukraynadan gələn azərbaycanlılar da Almaniyada yaşamaq icazəsi ala bilərlər. Lakin bunun üçün qanunvericiliklə müəyyən olunan müəyyən şərtlər var. Almaniya o kəslərə qaçqın statusu verir ki, onlar 24 fevral 2022-ci il tarixinədək Ukraynada yaşayıblar. Onlar həm Ukrayna, həm də digər ölkələrin vətəndaşları ola bilərlər. Lakin Azərbaycan vətəndaşları kimi, Ukrayna vətəndaşlığı olamayan digər şəxslərin öz vətənlərinə təhlükəsiz bir şəkildə qayıda bilmələri mümkündürsə, həmin şəxslər Almaniyanın təklif etdiyi sığınacaq hüququndan yararlana bilməzlər. Bu kateqoriyaya turist vizası ilə səfər edənlər və ya qısamüddətli qazanc gətirən işlə əlaqədar Ukraynada qalan şəxslər, Ukraynada təhsil alan tələbələr də daxildir”, - deyə BAMF sözçüsü qeyd edib.

Stefan fon Borstel bildirib ki, 24 fevraldan əvvəl Ukraynada yaşadığını sübut edə bilməyən şəxslər birmənalı olaraq Almaniya Federativ Respublikasının Yaşayış Haqqında Qanununun 24-cü maddəsinə uyğun olaraq müdafiə hüququndan yararlana bilməzlər.

BAMF sözçüsü vurğulayıb ki, Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni təcavüzkar müharibəsi başlayandan Almaniyaya qaçan insanların qeydiyyatı hazırda federal əyalətlərin bələdiyyələri tərəfindən sürətlə aparılır.

Son bir neçə həftə ərzində Federal Miqrasiya və Qaçqınlar İdarəsi Əcnəbilərin Mərkəzi Reyestrində Ukraynadan qaçan insanların qiymətləndirilməsini həyata keçirmək üçün texniki həll yolunu hazırlayıb. Buna əsasən, müharibə başlayandan 30 aprel 2022-ci il tarixinədək Əcnəbilərin Mərkəzi Reyestrində 610 103 nəfər qeydiyyata alınıb. Onlardan 600 168-i Ukrayna vətəndaşıdır (98,4 faiz).
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
  2. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  3. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  4. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  5. Bakıda yol qəzası olub, xəsarət alan var
  6. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  7. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  8. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  9. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  10. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı