Roma Papası ilə Patriarx Kirill arasında planlaşdırılan görüş ləğv edilib
Roma Papası I Fransisklə Rusiya Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill arasında iyun ayında Qüdsdə keçirilməsi planlaşdırılan görüş ləğv olunub.
Bu barədə I Fransisk İtaliya mətbuatına verdiyi müsahibədə bildirib.
Roma Papası əlavə edib ki, Vatikan diplomatları belə bir görüşün hazırda yanlış anlaşılmaya səbəb ola biləcəyini qeyd ediblər.
Xatırladaq ki, əgər görüş baş tutsa idi, bu din xadimlərinin ikinci görüşü olacaqdı.
Roma Papası Fransisklə Patriarx Kirill arasında ilk görüş 2016-cı ildə Kubada baş tutub.