Türkiyə və Ukrayna mülki şəxslərin təxliyəsini müzakirə edib
- 17-04-2022, 20:23
- Dünya
Türkiyənin müdafiə naziri Hulusi Akar ilə Ukraynanın müdafiə naziri Aleksey Reznikov arasında telefon danışığı olub. Onlar Türkiyə və Ukrayna vətəndaşlarının qurudan və dənizdən təxliyyəsi, ticarət gəmilərinin təhlükəsiz sulara daşınması məsələlərini müzakirə ediblər.
Türkiyənin “Sabah” qəzetinin verdiyi məlumata görə, görüş zamanı Türkiyənin müdafiə naziri tezliklə atəşkəsin əldə olunmasının, həmçinin Türkiyə və Ukrayna vətəndaşlarının təcili təxliyyə edilməsinin vacibliyini bildirib. Akar Türkiyənin Ukraynaya humanitar yardıma töhfə verməyə davam edəcəyini də vurğulayıb.