İsveçrə koronavirusla bağlı bütün məhdudiyyətləri ləğv edir
İsveçrə hökuməti koronavirus infeksiyası ilə mübarizə üçün tətbiq edilən bütün məhdudiyyətləri aradan qaldırmaq qərarına gəlib.
Hökumətin bəyanatına görə, aprelin 1-dən ictimai nəqliyyatda və tibb müəssisələrində maskalardan istifadə, eləcə də müsbət COVID testi verənlər üçün təcrid tələbi ləğv ediləcək.
Bundan sonra koronavirusun yayılmasına görə məsuliyyət artıq yerli kantonların hakimiyyət orqanlarının üzərinə düşəcək.
Buna baxmayaraq, İsveçrədə 2023-cü ilin yazına qədər keçid mərhələsinin tətbiqi nəzərdə tutulub. Bu müddət ərzində test, peyvənd və kontaktların izlənməsi kimi tədbirlərə xüsusi diqqət yetiriləcək.