Rusiyada hərbi şəhərciyə mərmi düşdü: Bir neçə hərbçi xəsarət alıb
![](/uploads/posts/2022-03/medium/1648609689_3149f80e-10a6-3dfa-ada4-1ae5b2c67290_850.jpg)
Bu barədə TASS məlumat yayıb.
Məlumata görə, hadisə Belqorod şəhərində qeydə alınıb. Belə ki, müvəqqəti hərbi şəhərciyə mərmi atılması nəticəsində 4 hərbçi xəsarət alıb.
"RİA Novosti" agentliyi isə hadisənin silah anbarında baş verdiyini bildirib. Agentliyin məlumatına görə, bundan sonra bir neçə partlayış səsi eşidilib.