Peskovdan Rusiyanın Çindən yardım istəməsi xəbərinə reaksiya
“Moskva Ukraynada xüsusi hərbi əməliyyatın həyata keçirilməsi üçün Çindən kömək istəməyib”.
“Azadsəs.az” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.
Peskov jurnalistin “Financial Times” qəzetində Rusiyanın Çindən iqtisadi və hərbi yardım istəməsi ilə bağlı yayılan məlumatın həqiqətə uyğun olub-olmamasına dair sualına “Xeyr” deyə cavab verib.
Xatırladaq ki, ABŞ mediasında Rusiyanın Ukraynadakı müharibə ilə bağlı Çindən hərbi texnika və sanksiyalara tab gətirmək üçün yardım istəməsi barədə məlumat yayılıb.