Belarus qoşunları Ukraynaya daxil oldu
![](/uploads/posts/2022-03/medium/1646132225_belarus.jpg)
“Azadsəs.az” Ukraynanın Xüsusi Rabitə və İnformasiya Mühafizəsi üzrə Dövlət Xidmətinə istinadən xəbər verir ki, “Şimal” müdafiə qüvvələrinin regional idarəsinin nümayəndəsi Vitali Kirillov bu barədə məlumatı təsdiqləyib.
Mixailo-Kotsiubinskiy kəndinin yerli sakinlərinin sözlərinə görə, saat 11:30-da 33 texnikadan ibarət Belarus kolonu keçib, onlardan 11-i isə “Qrad” olub.
Bildirilir ki, kolon Slabina və yaxud Pakul kəndləri istiqamətində gedib.