Kiyev metrosu sığınacaq rejiminə keçdi
Sərnişin daşımalarını dayandıran Kiyev metrosu yalnız sığınacaq qismində istifadə ediləcək.
“Azadsəs.az” xəbər verir ki, bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko özünün sosial şəbəkə hesabında yazıb.
“Metro sığınacaq rejiminə keçib. Nəqliyyat daşımaları həyata keçirilməyəcək”, - deyə mer bildirib.
O, həmçinin, şəhər sakinlərini evlərində və ya sığınacaqlarda qalmağa çağırıb:
“Kritik infrastruktur müəssisələrində işləyənlərdən başqa heç kim Kiyevə daxil olmasın və şəhərdən çıxmasın”.