Gürcüstanda ictimai yerlərdə “yaşıl pasport” tələbi ləğv edilir
- 2-02-2022, 09:02
- Dünya
Gürcüstan ictimai yerləri ziyarət etmək üçün tələb olunan “yaşıl pasportları” ləğv edir. Artıq ictimai yerlərə QR kodlar olmadan daxil olmaq mümkün olacaq.
Müvafiq qərara “Omikron”un sürətlə yayılma tempi və virusun zəif gedişatı, eləcə də dünya praktikası nəzərə alınaraq gəlinib.
Gürcüstanda 2021-ci il dekabrın 1-dən ictimai yerlərə getməyə icazə verən “yaşıl pasport” adlanan xüsusi sertifikat fəaliyyətə başlayıb. Onsuz teatrlara, restoranlara, fitnes mərkəzlərinə və digər müəssisələrə getmək mümkün deyildi.
Mənbə: İzvestiya