Metro vestibülləri gediş haqqı yüklənməsi üçün açıldı
Son günlər paytaxtın ictimai sərnişindaşıma nəqliyyatı sahəsində gediş haqqının karta yüklənməsi üçün sərnişinlərin terminallardan istifadəyə olan tələbatının artması müşahidə olunur.
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, “Bakı Metropoliteni” QSC tərəfindən stansiya vestibüllərinin yalnız ödəmə terminallarından istifadə üçün açılmasına qərar verilib. Qeyd edilib ki, qərar Bakı Nəqliyyat Agentliyindən daxil olan, habelə vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, “BakıKart” istifadəçilərinin rahatlığını təmin etmək məqsədilə verilib.
İctimai nəqliyyatın sərnişindaşıma fəaliyyəti göstərmədiyi şənbə və bazar günləri istisna olmaqla, qalan günlər ərzində vestibüllər açıq olacaq. Həmçinin ödəmə məqsədilə vestibüllərdən istifadə edilməsinin zəruriliyini, intensivliyini və s. öyrənmək, zəruri tədbirləri görmək üçün müvafiq monitorinqlər aparılacaq.
Lakin xüsusi olaraq diqqətə çatdırılır ki, stansiyaların digər ərazilərinə daxil olmaq, o cümlədən platformadan keçməklə əks istiqamətdəki çıxışa doğru hərəkət etmək qəti qadağandır.
Sərnişinlərdən mövcud qaydalara riayət etmələri xahiş olunur və bildirilir ki, stansiya ərazisinə daxil olarkən mütləq qaydada tibbi maska düzgün taxılmalı və sosial məsafə gözlənilməlidir.