azadses.az » Dünya » İrana təyyarə qəzası ilə bağlı ultimatum verildi

İrana təyyarə qəzası ilə bağlı ultimatum verildi

Tehran yaxınlığında vurulan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin qurbanlarına yardımın koordinasiyası üzrə beynəlxalq qrup İrandan müəyyən müddət ərzində təzminatla bağlı danışıqlarda iştiraka hazır olduğunu təsdiqləməsini tələb edib.

“Azadsəs.az” xəbər verir ki, bu barədə Ukrayna XİN-in saytında dərc olunan bəyanatda deyilir.
Bildirilir ki, bu gün Kanada, İsveç, Britaniya və Ukrayna nümayəndələrinin daxil olduğu beynəlxalq qrup virtual görüş keçirib.

Onlar İranın Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin vurulmasına görə kompensasiyanın müzakirəsi təklifinə verdiyi cavabı müzakirə ediblər və İranı 2022-ci ilin 17 yanvar həftəsi ərzində qrupun iddiaları və tələbləri ilə bağlı məsələləri müzakirə etməyə dəvət edən daha bir sorğu göndəriblər.

Şura qeyd edib ki, İran bu problemi konstruktiv və vaxtında həll etməkdə “açıq-aşkar istəksizlik” nümayiş etdirib.
Buna görə də İrana müraciətdə qeyd olunur ki, İran tərəfi 2022-ci il yanvarın 5-dək Koordinasiya Qrupu ilə danışıqlarda iştiraka hazır olduğunu təsdiq etməlidir.

Əks halda, qrup İranla təzminatların ödənilməsi ilə bağlı danışıqlara dair növbəti cəhdlərin nəticəsiz qaldığı qənaətinə gələcək.

"Koordinasiya Qrupu bu problemin beynəlxalq hüquq çərçivəsində həllinin digər yollarını ciddi şəkildə nəzərdən keçirməli olacaq. PS752 reysinin vurulmasından təxminən iki il keçib, lakin İran İslam Respublikası hələ də beynəlxalq hüquqi öhdəliklərin tələblərinə əməl etməkdə maraqlı olmayıb. Koordinasiya Qrupunun səbri tükənmək üzrədir”, - məlumatda deyilir.

Xatırladaq ki, 8 yanvar 2020-ci ildə Tehran-Kiyev marşrutu üzrə uçuş həyata keçirən Ukrayna təyyarəsi İranda qəzaya uğrayıb. Boeing 737-nin göyərtəsində olan 176 nəfər ölüb. Onlardan 11-i Ukrayna vətəndaşı, o cümlədən 9 ekipaj üzvü, həmçinin İran, Kanada, İsveç, Əfqanıstan, Almaniya və Böyük Britaniya vətəndaşları olub. Sonradan məlum olub ki, təyyarə iki raketlə vurulub. Bu işə görə hava hücumundan müdafiə sisteminin operatoru günahkar bilinib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
  2. CAR-da ağır qəza: Çox sayda ölən və yaralanan var
  3. Daşkəsəndə arvadını balta ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb
  4. Bakıda ailə üzvlərini önə verərək polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
  5. Şabranda evə basqın olub, ölən və yaralanan var
  6. Ağstafada bəy və gəlin toylarında zəhərləniblər
  7. Tərtərdə 18 yaşlı gənc ehtiyatsızlıqdan ov silahından açılan atəş nəticəsində ölüb - YENİLƏNİB
  8. Abşeronda avtomobillə vurulan 82 yaşlı kişi ağır yaralanıb
  9. Binəqədidə iki nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var
  10. Bakıda yolu keçən kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Şou biznes
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”