Saakaşvilinin vəziyyəti pisləşib, qan qusur
Oktyabrın 1-dən aclıq aksiyası keçirən Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin səhhəti yenidən pisləşib.
“Azadsəs.com” xəbər verir ki, Ukraynanın Ombudsmanı Lyudmila Denisovanın sözlərinə görə, gürcü siyasətçi dünən axşamdan qan qusmağa başlayıb.
Denisova bildirib ki, buna baxmayaraq, onun yanına həkim buraxılmır.
“Saakaşvili üçün xüsusi yaradılmış həkim qrupunun üzvü Nino Şaraşenidze Gürcüstan rəhbərliyinə bildirib ki, Saakaşvili qan qusmağa başladığından onun qastroenteroloqa ehtiyacı var. Lakin artıq iki gündür ki, həkim qrupu müvafiq prosedurları həyata keçirmək üçün Mixail Saakaşvilinin yanına buraxılmır”, - deyə Denisova bildirib.
Xatırladaq ki, Saakaşvili səhhətində yaranan problemlərlə bağlı 18 saylı “Qldani” Cəzaçəkmə Müəssisəsinə köçürülüb.