ABŞ HHQ-nin ən ölümcül silahları açıqlandı
ABŞ-ın Hərbi Hava Qüvvələrinin (HHQ) ən ölümcül silahlarının reytinqi hazırlanıb.
Siyahıya daxil olan silahlardan biri GBU-43/B MOAB fuqaslı aviasiya bombasıdır. Bu bomba daha çox “bütün bombaların anası” adı ilə tanınır. Bu cür bombalardan ABŞ aviasiyasının sərəncamında 15 ədəd olduğu bildirilir. Onların hər biri 10 ton ağırlığındadır.
ABŞ aviasiyasının ən ölümcül silahları siyahısında növbəti silah “Boeing B-52 Stratofortress” təyyarələri olub. İstismar müddəti ərzində 744 ədəd bu cür təyyarə istehsal edilib. Bu model dünyadakı silahlı qüvvələrin sərəncamında olan ən köhnə model hesab olunur.
Növbəti ölümcül silah B-2 strateji bombardmançı təyyarələridir. İstehsalçı “Northrop Grumman” iddia edir ki, təyyarənin bütün komponentləri, həmçini təchizat, proqram təminatı və s. sıfırdan hazırlanıb.
Növbəti sırada “Lockheed Martin F-35 Lightning II” qırıcıları yerləşib. Bu təyyarələrdən ABŞ ordusu üçün yaxın vaxtlarda 1700 ədəd sifariş edilməsi gözlənilir.
Ən ölümcül silahların reytinqində həmçinin “F-22 Raptor” qırıcıları da qərarlaşıb.
Mənbə: RİA Novosti