ABŞ-da “Boeing 757” qəza enişi edib
- 23-02-2021, 08:02
- Dünya
ABŞ-ın ən böyük aviaşirkətlərindən biri olan “Delta Air Lines”in “Boeing 757-200” təyyarəsi Solt-Leyk-Siti şəhərinin aeroportunda qəza enişi edib.
''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Mülki Aviasiya Federal İdarəsinin nümayəndəsi WGN telekanalına bildirib.
Məlumata görə, hadisə zamanı heç kim xəsarət almayıb.
Qeyd edilir ki, avialayner sol mühərrikində yaranmış nasazlığa görə məcburi eniş edib. O Atlantadan Sietlə doğru uçurmuş.
Mülki Aviasiya Federal İdarəsi hadisə ilə bağlı araşdırma aparacaq.
Daha əvvəl bildirilib ki, ABŞ-ın Mülki Aviasiya Federal İdarəsi “Pratt & Whitney PW4000” mühərriki ilə təchiz olunmuş bütün “Boeing 777X” təyyarələrini yoxlamağı tələb edib.