Yaponiyada vulkan püskürüb
Yaponiyanın cənub-qərbində yerləşən Suvanose adasında vulkan püskürməsi baş verib.
“Report” xəbər verir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Seysmoloqlar adada vulkanik aktivliyin davam edəcəyini nəzərə alaraq təhlükə səviyyəsini beş ballıq şkala üzrə üçüncü səviyyəyə qaldırıblar. Bu o deməkdir ki, vulkana 2 km -dən az məsafədə yaxınlaşmaq olmaz.
Hadisə nəticəsində ölən və yaralıların olması barədə məlumat verilməyib. Hazırda təxminən 80 nəfərin yaşadığı kənd vulkandan 4 km aralıda yerləşir.
Suvanose, böyük Kaqoşima şəhərindən 230 km cənub-qərbdə yerləşən kiçik adadır. Sonuncu dəfə burada vulkan 2021-ci ilin iyun ayında püskürüb.