Əfqanıstanda qalan sonuncu yəhudinin taleyinə aydınlıq gəlib
Əfqanıstanda qalan sonuncu yəhudi, 62 yaşlı Zebulon Simantovun taleyinə aydınlıq gəlib.
İsrailin “Kan” radiostansiyasının məlumatına görə, o, təxliyə əməliyyatlarının aparıldığı bir vaxtda ölkəni tərk edib.
Simantovun şəxsi xeyriyyə təşkilatının yardımı ilə Əfqanıstandan çıxarıldığı bildirilib. Onu xüsusi mühafizə dəstəsi müşayət edib.
Yəhudinin ABŞ-a, ailəsinin yanına yollandığı qeyd edilib.
Mənbə: “RİA Novosti”