ABŞ-da bir ailənin üç üzvü və onların ev heyvanı sirli şəraitdə həlak olublar
![](/uploads/posts/2021-08/medium/1629614969_400_0_1629519774-7182.jpg)
“Sky News” xəbər verir ki, cəsədlər Kaliforniyadakı milli parkın ərazisində aşkarlanıb.
Ölən şəxslərin və heyvanın üzərində heç bir zorakılıq əlamətinin olmaması hüquq-mühafizə orqanlarının əməkdaşlarını çaş-baş salıb.
Hələlik hüquq-mühafizə orqanlarının yalnız bir ehtimalı mövcuddur. Kriminalistlər hesab edir ki, ölüm suyun zəhərli olması səbəbindən baş verə bilər .
Belə ki, milli parkın ərazisindəki çarhovuza xüsusilə zəhərli yosunların düşə biləcəyi ehtimal edilir.
Hadisə baş verən ərazi xüsusi nəzarətə götürülüb, araşdırma davam etdirilir.