“The New York Times”ın jurnalistlərinə COVID-19-un mənşəyini araşdırmaq qadağan edilib
“The New York Times” qəzetinin baş redaktoru işçilərə COVID-19-un mənşəyini araşdırmağı qadağan edib.
Bu barədə “Spectator” portalı sözügedən qəzetin jurnalistlərinə istinadla məlumat verib.
NYT-nin işçilərindən birinin sözlərinə görə, 2020-ci ilin əvvəlində qəzetin baş redaktoruna koronavirusun mənşəyini araşdırmaq istədiyini deyib, amma bu barədə yazmağın təhlükəli olduğu barədə cavab alıb.
“COVID-19-un süni şəkildə yaradıldığı və ya laboratoriyadan təsadüfən sızması nəticəsində baş verdiyi barədə hər hansı bir materialın yazılması müqavimətlə qarşılanıb”, - deyə jurnalist əlavə edib.
Nəşrin işçisinin sözlərinə görə, virusun laboratoriya mənşəli olması nəzəriyyə konspiroloji sayılıb. Bundan əlavə, nəzəriyyənin müzakirəsi ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfindən dəstəkləndiyi üçün qadağan edilib.
“Spectator” hesab edir ki, istintaqın qadağan edilməsinin səbəbi pandemiyadan əvvəl “New York Times”ın Çinin hökumət nəzarətindəki nəşrlərindən milyonlarla dollar alması və ÇXR rəhbərliyinin xəttini təbliğ edən məqalələr dərc edtməsi faktı ola bilər.
NYT sözçüsü isə nəşrin ünvanına səsləndirilən iddiaları gülünc adlandırıb.