Türkiyədə koronavirusla bağlı son rəqəmlər açıqlanıb.
“Haber Global” məlumat verir ki, iyulun 19-da ölkə üzrə 226 553 nəfərin COVID-19 testi yoxlanılıb.
Günlük yoluxma sayı 7667 nəfər təşkil edib.
50 nəfər koronavirus səbəbindən vəfat edib.
Həmçinin, son sutka ərzində 4152 nəfərin sağaldığı bildirilib.