Rusiya vətəndaşlarının Avropaya girişinin qadağan olunması təklif edilib
TASS xəbər verir ki, bu barədə siyasətçi özünün “Twitter” səhifəsində yazıb.
O bildirib ki, qadağa müvəqqəti xarakter daşımalıdır. Rusiyalılara verilmiş vizalar dondurulmalı, yalnız fövqəladə hallar istisna edilməlidir.
Eks-prezidentin sözlərinə görə, hazırda Rusiya öz davranışları ilə Avropanın təhlükəsizliyini təhdid edir.
Qeyd edək ki, Toomas Hendrik İlves 2006-2016-cı illərdə Estoniya prezidenti olub.