Akar öldürülən türk vətəndaşları ilə bağlı şok detalları AÇIQLADI - Onların sonu gəldi
- 15-02-2021, 11:45
- Dünya
Türkiyə Milli Müdafiə naziri Hulusi Akar İraqın şimalındakı Qara bölgəsində aparılan “Pəncə Aslan-2” hərəkatı ilə bağlı açıqlama verib.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, Silahlı Qüvvələrin komandanları ilə ilə birgə Şırnakdakı hərəkat mərkəzinə gedən Akar PKK/KCK və digər terror ünsürlərinin təmizlənməsi, sərhəd təhlükəsizliyinin təminatı və daha əvvəl terrorçular tərəfindən qaçırılan vətəndaşların xilas edilməsi üçün 10 fevralda start götürən hərəkatın detallarını açıb.
Bildirilib ki, Doxukdan Ərbilə qədər uzanan Qara bölgəsində 75 km uzunluq, 25 km enliyində gerçəkləşdirilən “Pəncə Aslan-2” hərəkatında komandolar taktiki, aldatma və örtük strategiyası izləyib. Döyüş təyyarələri, havadan xəbərdarlıq-nəzarət, tanker və dəstək təyyarələri daxil, Hərbi Hava Qüvvələrinə məxsus 41 təyyarə bölgədə çox geniş ərazidə 50-dən çox hədəfi məhv edib. PKK-nın Qaradakı mağaraları, qərargahları, sursat anbarları, sığınacaq və düşərgələri yerlə yeksan edilib.10 fevral saat 02:55-də başlayan quru hərəkatını icra etmək üzrə xüsusi təyinatlılar 04:55-də yerə endirilib.
Ağ dağdakı mağaranın ətraflı məlumatları kəşfiyyat xidmətinə ötürülüb, girovlarının yerlərinin dəyişdirilməsi ehtimalına qarşı bölgə uzun müddət izlənilib. Bölgənin maketi çıxarılıb və model ərazi üzərində ssenari hazırlanaraq təlim keçirilib.
Xüsusi təyinatlılar mağaraya qarşı 3 istiqamətdən əməliyyata başlayıb. PKK-çılarla insidentdə 3 əsgər şəhid olub, 3-ü yaralanıb. 2-si sağ, 3-ü qondarma lider olmaqla, 53 terrorçu zərərsizləşdirilib. İlk kəşfiyyat məlumatına görə, mağarada bir otaqda 12-13, digərində 2-si olmaqla, 15 girovun saxlanıldığı ehtimal edilirdi. Əməliyyatın sonunda 13 türk vətəndaşı ölü tapılıb. Terrorçuların hava hərəkatından dərhal sonra girovları öldürdüyü öyrənilib. Onlardan 12-si başından, 1-i çiynindən vurulub. Cəsədlər çıxarıldıqdan sonra mağara partladılıb.
Qeyd edək ki, Qaradakı hərəkatla Kandil, Mahmur və Sincardakı mövcudluğu təhlükəyə düşən terror təşkilatının əsas qərargahı olan Kandildəki kökünü qazımaq Türkiyə Silahlı Qüvvələrinin qarşısında dayanan vəzifədir.
Hərərkat çərçivəsində bölgəyə sızmağa çalışan terrorçular məhv edilib. Hərəkatdan sonra birliklər bazaya geri qayıdıb. Qara bölgəsi PUA sistemləri ilə 7/24 nəzarət altında saxlanılır. Ərazinin quruluşu və və təhlükəsizliyin çətinliyi səbəbilə bölgədə baza qurulmayıb. Yeni kəşfiyyat məlumatları əsasında bölgədə əməliyyatlar davam edəcək.