Avropada son üç ildə 18 mindən çox azyaşlı miqrant itkin düşüb
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bu uşaqların mütəşəkkil cinayətkar dəstələrin qurbanı olmaları və ya müxtəlif üsullarla istismara məruz qalmaları ehtimal olunur.
İtkin uşaqlar əsasən Mərakeş, Əlcəzair, Eritreya, Qana və Əfqanıstan kimi ölkələrdən olan miqrant ailələrindəndir.