İran uranın 60%-dək zənginləşdirilməsinə başlayır
Bu barədə IRNA ölkənin XİN rəhbərinin müavini Abbas Arakçıya istinadən məlumat yayıb.
Məlumata əsasən, prosesə aprelin 14-dən etibarən başlanılacaq.
İran tərəfi müvafiq qərarı barədə artıq Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə xəbərdarlıq məktubu göndərib.
Qərarın Nətənz nüvə obyektindəki terror aktından sonra qəbul edilməsi də diqqətdən qaçmayıb.