Avropa ölkəsi hər turistə 200 avroyadək pul ödəyəcək
![](/uploads/posts/2021-04/medium/1618206513_malta-gbsb-global-1-3.jpg)
“Reuters” xəbər verir ki, ödənəcək məbləğ qonaqların qaldıqları hotelin ulduzlarının sayından asılı olacaq.
Belə ki, 5 ulduzlu hotel üçün 200, dördulduzlu hotel üçün 150, üçulduzlu hotel üçün isə 100 avro həvəsləndirici bonus nəzərdə tutulub.
Mükafat iyunun 1-dək hoteldə yer saxlatmış şəxslərə şamil ediləcək.
Malta hökumətindən verilən açıqlamaya görə, bu tədbir pandemiyadan əziyyət çəkmiş turizm sahəsinə dəstək məqsədi daşıyır.