Moskvada cütlüklər havada evlənə biləcəklər
Moskva meriyasının yaydığı məlumatda havada nikah mərasiminin mayın 8-də (Pasxa bayramından sonra ilk bazar günü - “Krasnaya qorka” bayramı) reallaşacağı qeyd edilir.
Bu fürsətdən yararlanmaq istəyənlər 17 mart-7 aprel tarixlərində evlənmək istəyi barədə məlumat verərək ərizə ilə paytaxtdakı hər hansı bir qeydiyyat ofisinə müraciət etməlidirlər.